Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb Azərbaycanlı mütəxəssis Novruz Əzimovun baş məşqçi olduğu "Dinamo-Avto" Moldova Kubokunda mübarizəni dayandırıb.
Futbol
18 Oktyabr , 2022 23:31
Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssis Novruz Əzimovun baş məşqçi olduğu "Dinamo-Avto" Moldova Kubokunda mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, Tiraspol təmsilçisi 1/8 finalda evdə aşağı liqa klubu "Univer-Oquzsport"a 0:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Matçın əsas vaxtı qolsuz başa çatıb. 93 və 100-cü dəqiqələrdə fərqlənən qonaqlar 1/4 finala yüksəliblər.

Oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşən Əzimov məğlubiyyətə görə məyus olduğunu bildirib: "Kim matça daha düzgün yanaşırsa, o da uğur qazanır. Futbolçulara dəfələrlə demişəm ki, rəqiblərə yuxarıdan aşağı baxmasınlar. Amma hərdən belə də olur və elita təmsilçisi aşağı dəstə komandasına uduzur. Təbii ki, bu məğlubiyyət bizi çox incidir. Lakin bu, qismətdir".

Son xəbərlər

Orphus sistemi