Azərbaycanlı hakim-inspektor: Frank De Blekere tələbkardır
Futbol
- 29 iyul, 2024
- 08:00
İnsan olaraq yaxşıdır, həm də tələbkardır.
Bunu “Report”a açıqlamasında Azərbaycanın keçmiş FIFA referisi Anar Salmanov AFFA Hakimlər Komitəsinin yeni sədri Frank De Blekerenin təyinatı ilə bağlı deyib.
43 yaşlı hakim-inspektor vaxtilə belçikalı mütəxəssisin ona müəllimlik etdiyini də vurğulayıb:
“Frank De Blekere tanış simadır. 2012-2013-cü illərdə mən istedadlar qrupunda olanda bizə rəhbərlik edən şəxslərdən biri o idi. Bizim vaxtımızda o müəllimlər qrupunda idi. İş prinsipinə gəlincə, necə olacağını zaman göstərəcək. Ümid edirəm ki, yaxşı olacaq”.
Qeyd edək ki, Frank De Blekere 1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb. O, eyni zamanda UEFA-nın hakim-inspektoru vəzifəsini də yerinə yetirir.
Son xəbərlər
04:21
İnfantino: DÇ-2026-nın biletlərinə yüksək tələbat var
Futbol03:57
Tramp: ABŞ Şotlandiya viskisinə rüsumları ləğv edir
Digər ölkələr03:49
Serbiya Prezidenti: İnanıram ki, parlament seçkiləri demokratik keçiriləcək
Digər ölkələr03:41
Tramp ABŞ-nin Avropada hərbi mövcudluğunun azaldılacağını güman edir
Digər ölkələr03:17
BMT İran üzrə qaçqınlara ərzaq və pul yardımı edir
Region02:57
ABŞ-də məktəbdə hücum zamanı beş nəfər bıçaqlanıb
Digər ölkələr02:49
Tokayev investorları və mütəxəssisləri cəlb etmək üçün miqrasiya siyasəti islahatını təsdiqləyib
Digər ölkələr02:36
İshaq Dar İsrailin "Qlobal Sumud Donanması"nı ələ keçirməsini qınayıb
Digər ölkələr02:19