FİFA dərəcəli hakim köməkçisi Pərvin Talıbov UEFA-dan təyinat alıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında İsraildə keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarında hakim köməkçisi olacaq.
Qeyd edək ki, Avropa çempionatı 16 may - 1 iyunda gerçəkləşəcək.