Azərbaycanlı boks hakiminin ulduzu artırılıb

Azərbaycanlı boks hakiminin ulduzu artırılıb Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib
Futbol
20 fevral 2024 11:27
Azərbaycanlı boks hakiminin ulduzu artırılıb

Boks üzrə referi Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

O, bu nailiyyətə fevralın 12-18-si aralığında Rumıniyanın Ploişti şəhərində keçirilən yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turnirində imza atıb. IBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onun ulduzunu artırıb.

Ondan öncə Rövşən Qədirov, Anar Nağdıyev və Elxan Quliyevin beynəlxalq kateqoriyası da 2 ulduza qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi