Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək

Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək Qarşılaşma saat 16:00-da start götürəcək
Futbol
26 Mart , 2024 09:00
Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gələcək.

"Qarabağ Arena"da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Görüşü xorvatiyalı Dario Bel idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir. U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi