Azərbaycanın U-21 millisi bu gün İngiltərə ilə qarşılaşacaq
Futbol
- 15 oktyabr, 2024
- 05:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə qarşılaşacaq.
"Report" xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv tsiklin son matçını səfərdə keçirəcək.
Bristol şəhərindəki "Eşton Qeyt" stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək. Qarşılaşmanı xorvatiyalı referi İvana Martinçiç idarə edəcək.
Qeyd edək ki, hazırda F qrupunda Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikincidirsə, üçüncü pillədə olan Serbiyanın 13 xalı var. Şimali İrlandiya 10 xalla dördüncü, Lüksemburq 7 xalla beşincidir. 3 xala malik Azərbaycan millisi turnir cədvəlinin sonuncusudur.
Son xəbərlər
03:36
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
Digər ölkələr
03:27
FTB ABŞ-də hava əlaqəsinə mane olan avadanlıqları müsadirə edib
Digər ölkələr
02:48
Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib
Digər ölkələr
02:15
Peskov: Putin, Tramp və Si Cinpinin görüşünün bir hissəsi mediaya açıq olacaq
Region
01:39
Millətlər Liqası: Almaniya Niderlandı, İsveçrə Şotlandiyanı darmadağın edib
Futbol
01:22
ABŞ-nin ən böyük bankları kütləvi texniki nasazlıqla üzləşib
Digər ölkələr
00:56
Lənkəranda qaz xətti zədələnib, bir sıra kəndlər qazsız qalıb
Energetika
00:30
Fidan: Qara dənizlə taxıl tədarükü ilə bağlı Rusiya və Avropayla danışıqlar aparırıq
Region
00:28
Kuşner ABŞ, Rusiya, Ukrayna və Avropa arasında genişləndirilmiş görüşə hazırlıqları açıqlayıb
Digər ölkələr