Azərbaycanın U-19 millisinin baş məşqçisi təsdiqlənib

Azərbaycanın U-19 millisinin baş məşqçisi təsdiqlənib İlqar Aslanov 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi kimi təsdiqlənib.
Futbol
11 Sentyabr , 2023 15:10
Azərbaycanın U-19 millisinin baş məşqçisi təsdiqlənib

İlqar Aslanov 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi kimi təsdiqlənib.

Bu barədə “Report”a Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqov məlumat verib.

Federasiya rəsmisi bildirib ki, İ.Aslanov avqustun 1-də baş məşqçi kimi qurumla müqavilə bağlayıb: “Hazırda U-19-un baş məşqçisi İlqar Aslanovdur. Onun federasiya ilə birillik sözləşməsi var”.

Mahmud Sadıqov sabiq baş məşqçi Ağatahir Əzimovla bağlı hələlik konkret qərar verilmədiyni sözlərinə əlavə edib: “Onun ürəyində problem var idi. Bildiyim qədər federasiyanın prezidenti Zaur Axundov Əzimova istirahət verib və deyib ki, səni sonra çağıracağam. Yəqin ki, hansısa posta təyinatını verəcək”.

Qeyd edək ki, Ağatahir Əzimov sentyabrın 6-da “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyası ilə yeni müqavilə imzalayacağını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi