Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, 69 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/32 finalda Avstraliya təmsilçisi Ceyson Mallia ilə üz-üzə gəlib.
Qarşılaşma Sotomayorun qələbəsi ilə başa çatıb. Olimpiya mükafatçısı gərgin keçən döyüşdə rəqibini 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək 1/16 final mərhələsinə yüksəlib. O, növbəti qarşılaşmasını əlcəzairli Şemseddin Kramouya qarşı keçirəcək. Görüş sentyabrın 16-da olacaq.
Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) da 1/16 final mərhələsinə yüksəlib.