Azərbaycanın futzal millisi yanvarın 26-da toplanışa başlayacaq
Futbol
- 07 yanvar, 2025
- 12:29
Azərbaycanın futzal millisi yanvarın 26-da toplanışa başlayacaq.
Bunu “Report”a açıqlamasında yığmanın baş məşqçisi Vitali Borisov deyib.
Mütəxəssis AVRO-2026-nın əsas mərhələsinin növbəti oyunları ərəfəsində heyətdə dəyişikliklər nəzərdə tutulub-tutulmadığı barədə sualı da cavablandırıb:
“Yanvarın 26-da hazırlığa başlamağı planlaşdırırıq. Hələ ki, heyətdə heç bir dəyişiklik nəzərdə tutmamışam. Çünki Azərbaycan Kubokunun oyunları olacaq. Toplanışa qədər kimin zədəli, kimin hazır olub-olmadığına baxacağıq”.
Qeyd edək ki, AVRO-2026-nın əsas mərhələsinin ilk görüşündə İsveçlə heç-heçə (3:3) edən Azərbaycan millisi qrupdakı növbəti iki oyunu yanvarın 31-də səfərdə Xorvatiyaya və fevralın 4-də Bakıda Yunanıstana qarşı keçirəcək.
Son xəbərlər
09:54
AQTA Gəncədə şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb - YENİLƏNİB
Hadisə09:45
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri bəlli olub
Fərdi09:44
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Energetika09:38
"AzərEnerji" Naxçıvanda 7 milyon manatlıq iş görəcək
Energetika09:37
Tramp Ağ Evdə qapalı iclas keçirəcək
Digər ölkələr09:36
Azərbaycanda sərxoşluq səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı azalıb
Hadisə09:35
UEFA Çempionlar Liqasında VI tura yekun vurulacaq, "Mançester Siti" Madriddə "Real"la qarşılaşacaq
Futbol09:27
Lerikdə avtomobil dərəyə aşıb, bir nəfər ölüb
Hadisə09:25
Foto