Azərbaycanda 2 futbolçu danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edilib

Azərbaycanda 2 futbolçu danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edilib Danışılmış oyunlarda iştirakına görə Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbolçuları 29.03.1990-cı il təvəllüdlü Əliyev Fərmayıl Nəriman oğlu və 22.09.1991-ci il təvəllüdlü Mehtiyev Emin Natiq oğlu ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul
Futbol
19 Yanvar , 2023 15:40
Azərbaycanda 2 futbolçu danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edilib

Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Emin Mehtiyev "Abşeron", "Sumqayıt", "Səbail", "Qaradağ Lökbatan", "Keşlə" klublarının, həmçinin Türkiyədə "Niksar Bələdiyyəspor"un formasını geyinib. Fərmayıl Əliyev isə "Turan"ın yetirməsidir. O, müxtəlif vaxtlarda "Şərurspor" və "Neftçala" komandalarının da şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi