Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk yarısında 30 futbolçu 18 oyunun hamısında iştirak edib.
“Report”un araşdırmasına görə, cəmi 2 komandada - “Neftçi” və “Sabah”da bütün matçlarda meydanda olan oyunçu yoxdur.
Eyni futbolçulara ən çox güvənən komanda “Turan Tovuz”dur. Baş məşqçi Ayxan Abbasov 6 nəfərə ilk yarının bütün qarşılaşmalarında şans verib. Çempionatın sürpriz kollektivi “Araz-Naxçıvan” siyahıda ikinci sıradadır.
Ümumilikdə komandasının bütün görüşlərində şans qazanan 30 futbolçudan cəmi 9-u yerlidir. Baş məşqçilər bu baxımdan daha çox əcnəbilərə güvəniblər.
Yalnız beş futbolçu 18 oyunun hamısını əvəz edilmədən keçirib. Belə ki, Tiaqo Silva, Murad Xaçayev, Turan Manafov, Yeqor Xvalko və Lukas Afriko 1620 dəqiqənin hamısında mübarizə aparıblar.
Bütün oyunlarda iştirak edən futbolçular:
“Turan Tovuz” (6 nəfər) - Denis Marandiçi, Bruno Qonçalves, Alexandro Serrano, Otto Con, Belajdi Pusi, Ayxan Quseynov.
“Araz-Naxçıvan” (5) - Turan Manafov, Numan Kurdiç, Nuno Rodriges, Miço Kuzmanoviç, Orxan Əliyev.
“Qarabağ” (4) - Olavio Juninyo, Leandro Andrade, Abdullah Zubir, Elvin Cəfərquliyev.
“Sumqayıt” (4) - Murad Xaçayev, Roi Kehat, Səbuhi Abdullazadə, Masaki Murata.
“Zirə” (3) - Tiaqo Silva, Məqsəd İsayev, Rüstəm Əhmədzadə.
“Səbail” (3) - Yusif Nəbiyev, Valdemar Almeyda, Yadin Luqasi.
“Kəpəz” (3) - Yeqor Xvalko, Elçin Əlicanov, Martins Junior.
“Qəbələ” (2) - Lukas Afriko, Bilel Auaşeriya.