Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk qolu vurulub.
Futbol
14 Avqust , 2021 19:18
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk qolu vurulub.

"Report"un məlumatına görə, bu, ilk turun "Sabah" - "Səbail" matçına təsadüf edib.

Mövsümün “Bank Respublika Arena”da keçirilən açılış oyununda qonaqların futbolçusu Yurgen Qoca əlamətdar topun müəllifi kimi tarixə düşüb. O, 30-cu dəqiqədə fərqlənib.

Bununla da ardıcıl 6-cı mövsümdə ilk qolu qonaq komanda vurub. Albaniyalı müdafiəçi son 6 ildə ilk qol müəllifi olan birinci legionerdir. Bunadək son 5 mövsümdə yerli oyunçular ilk qola imza atıb.

Qeyd edək ki, Azərbaycan çempionatlarında sonuncu qol 87 gün öncə - mayın 19-da vurulub. Həmin qola “Qarabağ”la ev matçının (1:0) 90-cı dəqiqəsində “Neftçi”nin sabiq hücumçusu Ahmed Ahmedov imza atıb. Həmin görüşdən sonra 86 günlük mövsümlərarası fasilə yaranıb.

Son xəbərlər

Orphus sistemi