Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
Futbol
- 26 dekabr, 2022
- 06:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb.
"Report"un məlumatına görə, bu, XVIII turda üç böyükhesablı nəticənin qeydə alınması sayəsində mümkün olub.
“Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 6:0 hesabı ilə qələbə qazanıb.
Bu, mövsümdə ikinci belə hadisədir. Yalnız XII turda belə nəticələr qeydə alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top fərqi qeydə alınıb.
Son xəbərlər
09:09
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubu ilə üz-üzə gələcək
Futbol
09:02
CEV Çempionlar Liqası: "Xilasedici" III təsnifat mərhələsində cavab oyununa çıxacaq
Komanda
09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.11.2026)
Maliyyə
09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (26.11.2026)
Maliyyə
08:49
Baykal gölündə və Anqara çayında təhlükəli toksinlər aşkarlanıb
Region
08:43
Tramp və Rütte Ukrayna və İranı müzakirə ediblər
Digər ölkələr
08:39
Foto
Video
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Hadisə
08:27
Dietoloq zülal qəbulunu artırmağın doqquz üsulunu açıqlayıb
Sağlamlıq
08:15
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur