AFFA-nın baş katibi: "Premyer Liqada klubların sayının artırılması gündəmdə deyil"

Futbol
  • 07 mart, 2023
  • 09:36
AFFA-nın baş katibi: Premyer Liqada klubların sayının artırılması gündəmdə deyil
Sərxan Hacıyev

“Premyer Liqada klubların sayının artırılması gündəmdə deyil”.

“Report” xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, mövsümün sonunda bir komandanın elitanı tərk edəcəyini vurğulayıb: “Bu il bir komanda Premyer Liqanı tərk edəcək. Ona görə komandalar bunu diqqətdə saxlamalıdırlar. I Diviziondan bir kollektiv idman prinsipləri qorunaraq əsas dəstəyə gələcək”.