Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qəbələ" matçında qalib müəyyənləşməyib

Futbol
  • 15 avqust, 2021
  • 17:57
Azərbaycan Premyer Liqası: Neftçi - Qəbələ matçında qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında l tura yekun vurulub.

"Report"un məlumatına görə, günün son matçında son çempion "Neftçi" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İlk hissə qolsuz yekunlaşıb. 55-ci dəqiqədə meydan sahiblərinin heyətində Fəhmin Muradbəyli hesabı açıb. 67-ci dəqiqədə "qırmızı-qaralar"ın yeni transferi İsnik Alimi penaltini dəqiq yerinə yetirib.

76-cı dəqiqə isə "Neftçi"nin təcrübəli müdafiəçisi Voislav Stankoviç Emin Mahmudovun ötürməsindən sonra başla topu qapıdan keçirib. 84-cü dəqiqədə Ülvi İsgəndərov növbəti dəfə tarazlığı bərpa etməyə müvəffəq olub.

Qeyd edək ki, bu gün keçirilmiş "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 1:1. İlk oyun günündə "Səbail" səfərdə "Sabah"ı 1:0, "Sumqayıt" isə "Keşlə"ni 2:0 hesabı ilə üstələyib.