Azərbaycan minifutbol millisinin üzvü: "Ani diqqətsizlik bizə baha başa gəldi"

Azərbaycan minifutbol millisinin üzvü: "Ani diqqətsizlik bizə baha başa gəldi" "Ani diqqətsizlik bizə baha-başa gəldi".
Futbol
4 Noyabr , 2023 13:08
Azərbaycan minifutbol millisinin üzvü: Ani diqqətsizlik bizə baha başa gəldi

"Ani diqqətsizlik bizə baha başa gəldi".

Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Eşqin Tağıyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana 2:3 hesabı ilə uduzduqları oyunla bağlı danışarkən deyib.

O, matçın əvvəlində üstün futbol sərgilədiklərini bildirib: "Hətta ilk hissədən sonra böyükhesablı qələbə barədə də düşünürdük. Çünki rəqibə imkan vermirdik. Onlardan üstün idik. Sadəcə, ani diqqətsizlik oldu".

Tağıyev bu gün Macarıstana qarşı keçirəcəkləri üçüncü yer uğrunda görüşə də toxunub: "Bürünc medal qazanmaq üçün hər şeyi edəcəyik. Azarkeşləri sevindirmək və Vətənə medalla qayıtmaq niyyətindəyik".

Qeyd edək ki, Azərbaycan - Macarıstan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi