Azərbaycan millisinin beynəlxalq yoldaşlıq görüşləri üçün hazırlıq proqramı müəyyənləşib

Azərbaycan millisinin beynəlxalq yoldaşlıq görüşləri üçün hazırlıq proqramı müəyyənləşib Azərbaycanın futbol üzrə əsas millisinin Albaniya və Qazaxıstanla keçirəcəyi beynəlxalq yoldaşlıq görüşləri üçün səfər proqramı müəyyənləşib.
Futbol
22 May , 2024 14:00
Azərbaycan millisinin beynəlxalq yoldaşlıq görüşləri üçün hazırlıq proqramı müəyyənləşib

Azərbaycanın futbol millisinin Albaniya və Qazaxıstanla keçirəcəyi beynəlxalq yoldaşlıq görüşləri üçün hazırlıq proqramı müəyyənləşib.

AFFA-nın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yığma səfər öncəsi Bakıda 5 məşqə çıxacaq.

Məşqlər mayın 30-u, 31-i, iyunun 1-i, 3-ü və 4-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək. İyunun 5-də isə komanda Avstriyaya yollanacaq.

Bundan bir gün sonra baş məşqçinin oyunöncəsi mətbuat konfransı və komandanın məşqi baş tutacaq. Millimiz iyunun 7-də Albaniya ilə matça çıxacaq. Ayın 9-10-da yenidən məşqlərə başlayacaq komanda 11-də Qazaxıstanla qarşılaşacaq.

Hər iki görüş Macarıstanda keçiriləcək. Yığma Vətənə iyunun 12-də qayıdacaq.

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçi vəzifəsini Arif Əsədov icra edir.

Son xəbərlər

Orphus sistemi