Azərbaycan millisinin məşqçisini Sumqayıtda oyuna buraxmaq istəməyiblər

Azərbaycan millisinin məşqçisini Sumqayıtda oyuna buraxmaq istəməyiblər Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Arif Əsədov Premyer Liqanın VII turunun "Sumqayıt" - "Neftçi" oyunundan öncə xoşagəlməz halla üzləşib.
Futbol
21 Oktyabr , 2021 18:24
Azərbaycan millisinin məşqçisini Sumqayıtda oyuna buraxmaq istəməyiblər

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Arif Əsədov Premyer Liqanın VII turunun "Sumqayıt" - "Neftçi" oyunundan öncə xoşagəlməz halla üzləşib.

Bu barədə "Report"a 51 yaşlı mütəxəssisin özü məlumat verib. Əsədovun sözlərinə görə, matçın keçirildiyi "Kapital Bank Arena"ya daxil olarkən onu içəri buraxmaq istəməyiblər.

O, problemin stadionun girişində yaşandığını bildirib: "Məndə milinin məşqçisi olduğuma dair vəsiqə var, onun vasitəsilə stadionlara keçə bilirəm. Arenaya şəxsi avtomobilimlə daxil olmalı idim. Maşına icazə vermirdilər. Amma "Sumqayıt"ın mühafizə xidmətinin əməkdaşına zəng vurduqdan sonra problem həllini tapdı".

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatmış matçdan öncə Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Keşlə"nin məşqçilər heyətində çalışan Kamal Quliyev də stadiona buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi