Azərbaycan millisinin məşqçisi Roman Qriqorçukun “Qarabağ”la rəqabət aparacaq komanda formalaşdıracağını düşünür

Azərbaycan millisinin məşqçisi Roman Qriqorçukun “Qarabağ”la rəqabət aparacaq komanda formalaşdıracağını düşünür Azərbaycan millisinin məşqçisi Arif Əsədov Roman Qriqorçukun “Qarabağ”la mübarizə aparacaq heyət yarada biləcəyini düşünür
Futbol
28 İyun , 2024 18:43
Azərbaycan millisinin məşqçisi Roman Qriqorçukun “Qarabağ”la rəqabət aparacaq komanda formalaşdıracağını düşünür

Azərbaycan millisinin məşqçisi Arif Əsədov "Neftçi"nin baş məşqçi postuna yeni təyin olunan Roman Qriqorçukun “Qarabağ”la rəqabət aparacaq komanda formalaşdıracağını düşünür.

Bunu “Report”a açıqlamasında mütəxəssis özü deyib.

O, ukraynalı həmkarının Azərbaycan Premyer Liqasında rəqabəti artıracağını söyləyib:

“Müsbət tərəfi odur ki, bizim çempionat Roman Qriqorçuka tanışdır. Düzdür, o vaxtdan bəri dəyişikliklər var. Məncə, Qriqorçukun "Qəbələ"də çalışdığı dövrdə daha güclü legionerlər var idi. Azərbaycanı tanıması müsbət haldır. Hazırda “Neftçi” klubuna çempionluq lazımdır. Qriqorçuka “Qarabağ”la rəqabət aparacaq komandanı komplektləşdirmək üçün vaxt lazımdır”.

A.Əsədov çempionatın daha maraqlı olacağını düşünür:

“Çempionatımıza təcrübəli məşqçilərin gəlməsi mübarizə baxımından yaxşıdır. Premyer Liqa daha maraqlı olacaq. Digər müsbət cəhət odur ki, "Neftçi" bu yay avrokuboklarda çıxış etməyəcək, yəni təzyiq yoxdur. Komandanı istədiyi kimi formalaşdırsa, avrokuboklara vəsiqə qazana bilər. Təbii ki, onun rəqabət yaratmaq üçün potensialı var. İstər-istəməz çempionatda məşqçilər arasında da rəqabət yaranacaq”.

Qeyd edək ki, "Neftçi" Roman Qriqorçukla iyunun 26-da 2 illik müqavilə bağlayıb. Ukraynalı mütəxəssis 2015-2018-ci illərdə “Qəbələ" ilə Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub. Komanda həmçinin iki dəfə UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edib

Son xəbərlər

Orphus sistemi