Maksim Medvedev koronavirusa yoluxdu

Maksim Medvedev koronavirusa yoluxdu Azərbaycan millisinin və "Qarabağ" komandasının kapitanı Maksim Medvedev koronavirusa yoluxub.
Futbol
1241
17 Noyabr , 2020 20:19
Maksim Medvedev koronavirusa yoluxdu
Maksim Medvedev

Azərbaycan millisinin və "Qarabağ" komandasının kapitanı Maksim Medvedev koronavirusa yoluxub.

Bu barədə "Report"a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, noyabrın 16-da 31 yaşlı müdafiəçinin temperaturu qalxıb: "Bu gün isə onun test nəticəsi müsbət olub. Milli komandanın digər oyunçularında və məşqçi heyətində virus aşkarlanmayıb".

M.Medvedev UEFA Millətlər Liqasının VI turunda bu gün Lüksemburqla matçı buraxacaq.

Daha əvvəl yığmanın digər iki futbolçusu - Təmkin XəlilzadəRahil Məmmədovun koronavirusa yoluxduğu bəlli olub. Onlar Xorvatiyada karantinə alınıb.

Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi