Azərbaycan millisinin hücumçusu İsveçrə klubuna keçə bilər

Futbol
  • 08 iyul, 2022
  • 12:01
Azərbaycan millisinin hücumçusu İsveçrə klubuna keçə bilər
Renat Dadaşov

Azərbaycan millisinin və İngiltərənin "Vulverhempton" futbolçusu Renat Dadaşov karyerasını yenidən İsveçrədə davam etdirə bilər.

"Report"un əldə etdiyi məlumata görə, "Qrasshopper" klubu 23 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Sürix təmsilçisi forvardı yenidən icarəyə götürmək istəyir.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında "Qrasshopper"də çıxış edib.

Son xəbərlər

Bütün Xəbər Lenti