Azərbaycan millisinin futbolçusu Türkiyə Superliqasında oynamaq istəyir
Futbol
- 27 mart, 2024
- 05:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə Superliqasında oynamaq istəyir.
“Report” xəbər verir ki, bunu I Liqada çıxış edən “Boluspor”un yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında deyib.
28 yaşlı hücumameyilli oyunçu Bolu təmsilçisində özünü çox yaxşı hiss etdiyini bildirib: “Burada hər şey ürəyimcədir. Klubun fərqli sistemi var. Vaxt keçdikcə qollarım və assistlərim də gələcək. İndiki mərhələdə əsas Superliqaya yüksəlmək üçün pley-offa vəsiqə qazanmaqdır. Növbəti mövsüm Superliqada oynamaq istəyirəm”.
Qeyd edək ki, “Boluspor”a bu ilin əvvəlində Albaniya klubu “Eqnatia”dan keçən Vüsal İsgəndərlinin müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Son xəbərlər
12:09
Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupunun iclası keçirilir
Qarabağ
12:08
Kamran Əliyev Kamerun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb
Xarici siyasət
12:00
Florian Zenqstşmid: "Bakı Asiya turistləri üçün Qafqaz və Mərkəzi Asiyaya səyahətin başlanğıcı ola bilər" - Müsahibə
Turizm
11:46
Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib
Digər ölkələr
11:42
Foto
Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib - Yenilənib
Xarici siyasət
11:38
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
Futbol
11:24
Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib
Milli Məclis
11:23
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Digər ölkələr
11:21
"Marafon" komandası Azərbaycan Kubokunda ilkə imza atıb
Futbol