"Sumqayıt" klubunun futbolçusu Aleksey İsayev komandaya qoşulub.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu etdiyi hərəkətə görə peşman olduğunu bildirib: "Düşünürəm ki, klubla aramda anlaşılmazlıq olmuşdu. Öz oyunumla baş verənləri unutdurmağa çalışacam. Futbol mənim həyatımdır, bu səbəbdən hərşeyi unutmaq istəyirəm. Baş verənlərə görə "Sumqayıt" ailəsindən üzr istəyirəm. Klub rəhbərliyi və məşqçi heyətinə məni anlayışla qarşıladığına görə təşəkkür edirəm. Əvvəlki formamı bərpa edib yenidən "Sumqayıt"a kömək etməyə çalışacam".
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən İsayev "Sumqayıt"la müqaviləsi olduğu halda, ötən mövsümün sonunda komandanı icazəsiz tərk edərək ölkə xaricində özünə başqa klub axtarırdı.