Azərbaycan millisinin FIFA-nın iyul ayı üçün reytinqindəki mövqeyi açıqlanıb.
“Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu komanda mövqeyini dəyişməyib.
Yığma 1143 xalla 121-ci sırada qalıb.
Türkiyə yığması da 41-ci pillədəki mövqeyini qoruyub. “Ay-ulduzlular”ın aktivində 1484 xal var.
Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderliyini davam etdirib. Qətərdəki mundialın finalçısı Fransa seçməsi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.
İlk “10-luq”:
1. Argentina – 1843,73 xal
2. Fransa – 1843,54
3. Braziliya – 1828
4. İngiltərə - 1797
5. Belçika – 1788
6. Xorvatiya - 1742
7. Niderland – 1731
8. İtaliya – 1726
9. Portuqaliya – 1718
10. İspaniya – 1703
AVRO-2024-ün seçmə mərhələsinin F qrupu:
5. Belçika – 1788
23. İsveç - 1547
29. Avstriya – 1528
111. Estoniya - 1179
121. Azərbaycan – 1143
Postsovet məkanı:
24. Ukrayna - 1541
38. Rusiya - 1495
74. Özbəkistan – 1327
78. Gürcüstan – 1312
90. Ermənistan – 1252
97. Qırğızıstan - 1224
98. Belarus - 1212
104. Qazaxıstan - 1198
110. Tacikistan – 1179,54
111. Estoniya – 1179,30
121. Azərbaycan – 1143
134. Latviya - 1096
138. Türkmənistan - 1089
144. Litva - 1069
164. Moldova - 990