Azərbaycan millisinin Belarusla yoldaşlıq oyunlarını rusiyalı hakim idarə edəcək
Futbol
- 17 iyun, 2025
- 18:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının yeri, başlama vaxtı və hakimləri müəyyənləşib.
"Report" xəbər verir ki, iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
İyulun 1-dəki qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina kömək göstərəcəklər. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.
Son xəbərlər
11:24
Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib
Milli Məclis
11:23
Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
Digər ölkələr
11:21
"Marafon" komandası Azərbaycan Kubokunda ilkə imza atıb
Futbol
11:18
Azərbaycan Kubokunda daha bir məhsuldarlıq rekordu qeydə alınıb
Futbol
11:17
Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb"
ASK
11:16
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi icra ediləcək
ASK
11:05
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Milli Məclis
11:05
Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib
Milli Məclis
11:04
Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək
Daxili siyasət