Azərbaycan millisinin baş məşqçisi: "İki taekvondoçumuzun dünya çempionatında üçüncü yeri tutması uğurdur"

Azərbaycan millisinin baş məşqçisi: "İki taekvondoçumuzun dünya çempionatında üçüncü yeri tutması uğurdur" Düşünürəm ki, gənclər yığması üçün dünya çempionatında üçüncü yeri tutmaq uğurdur.
Futbol
8 Oktyabr , 2024 12:20
Azərbaycan millisinin baş məşqçisi: İki taekvondoçumuzun dünya çempionatında üçüncü yeri tutması uğurdur
Məmməd Abdullayev

Düşünürəm ki, iki taekvondoçumuzun dünya çempionatında üçüncü yeri tutması uğurdur.

Bunu “Report”a açıqlamasında kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Məmməd Abdullayev gənclər yığmasının Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən dünya çempionatındakı nəticələri barədə danışarkən deyib.

O, yığma üzvlərinin qarşıdakı illərdə daha yaxşı çıxış edəcəyinə inandığını söyləyib:

“On oğlan taekvondoçudan ən azı altısının medal qazanacağına böyük ümidlər var idi. 130 ölkə idmançılarının iştirak etdiyi dünya çempionatı çox ağır sınaqdır. Medal qazanmaq asan deyil. İki təmsilçimiz 4 rəqibini məğlub edib, sonda üçüncü yeri tutdu. Fikrimcə, bu, onlar üçün uğurdur. Komandanı və Taekvondo Federasiyasını təbrik edirəm. Düşünürük ki, qarşıdakı illərdə daha yaxşı olacaq”.

Mütəxəssis qızıl medal qazana bilməmələrinin səbəbini açıqlayıb:

“Qızıl medal qazanmağa layiq idmançılarımız var idi. Təbii ki, hamımız qızıl istəyirdik. Bu mənada nəticələrdən tam razı qalmamışam. Amma idmanda hər şey olur. Bu gün alınmırsa, çalışıb növbəti dəfə qalib ola bilərsən. Əsas odur ki, millidə sabitlik var idi. İdmançılarımız sona qədər mübarizə apardılar, əllərindən gələni etdilər. Sadəcə, şanssızlıq və təcrübəsizlik üzündən medalları əldən verənlər oldu. İstənilən halda, iki bürünc medalı uğur hesab edirəm”.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan taekvondoçularından Hüseyn Xudiyev (73 kq) və Vasif Səlimov (63 kq) bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi