Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ilk matçını keçirəcək

Futbol
  • 26 mart, 2025
  • 09:02
Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ilk matçını keçirəcək

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas mərhələsində bu gün ilk oyununu keçirəcək.

"Report"un məlumatına görə İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Qarşılaşma Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Sarayında, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Matçı Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerxhaliudan (İsveç) ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, VII qrupda yer alan U-19 növbəti matçını sabah Xorvatiya millisinə qarşı keçirəcək.