Azərbaycan Kuboku: "Neftçi"nin rəqibi bəlli olub
Futbol
- 29 noyabr, 2023
- 11:27
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, I Liqa təmsilçilərindən "Qaradağ Lökbatan" "Şahdağ Qusar"a 1:0 hesabı ilə qalib gəlib.
Komanda 1/8 finalda "Neftçi" ilə üz-üzə gələcək.
Premyer Liqa klublarından "Kəpəz" isə II Liqanın lederi "Baku Sportinq"lə üz-üzə gəlir. Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb və hazırda əlavə vaxt oynanılır. "Kür-Araz" - "Araz-Naxçıvan" görüşü saat 15:00-da başlayıb və Naxçıvan təmsilçisi 1:0 hesabı ilə öndədir.
Günün sonuncu oyununda "Sumqayıt" "Lerik"lə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.
Son xəbərlər
08:54
İlham Əliyev Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
Xarici siyasət08:48
XİN rəhbəri: Azərbaycan 16 ölkəyə qaz tədarükçüsü kimi dünyanın aparıcı tədarükçülərindəndir
Xarici siyasət08:28
Ceyhun Bayramov: Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb
Qarabağ08:15
Video
Qaradağ rayonunda vulkan püskürüb
Elm və təhsil08:12
NASA "Crew-13" missiyasını buraxılışa hazırlayır
Digər ölkələr07:54
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Xarici siyasət07:42
Ceyhun Bayramov: Biz hazırda de-fakto sülhə nail olmuşuq
Xarici siyasət07:30
Foto
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib
Xarici siyasət07:21