Fransalı futbolçu Azərbaycanda oyun zamanı Zidansayağı kəllə atıb

Fransalı futbolçu Azərbaycanda oyun zamanı Zidansayağı kəllə atıb Peşəkar Futbol Liqası (PFL) "Səbail" komandasının futbolçusu Nikolas Rayselin "Sumqayıt"la Azərbaycan Premyer Liqasının IX tur oyununda qırmızı vərəqə aldığı epizodun görüntülərini yayıb.
Futbol
1 Noyabr , 2021 12:59
Fransalı futbolçu Azərbaycanda oyun zamanı Zidansayağı kəllə atıb

Peşəkar Futbol Liqası "Səbail" komandasının futbolçusu Nikolas Rayselin "Sumqayıt"la Azərbaycan Premyer Liqasının IX tur oyununda qırmızı vərəqə aldığı epizodun görüntülərini yayıb.

"Report"un məlumatına görə, həmin epizodda fransalı hücumçunun meydan sahiblərinin müdafiəçisi Höccət Haqverdiyə kəllə atması əksini tapıb. 63-cü dəqiqədə "Sumqayıt" hücumda olduğu vaxt 28 yaşlı forvard Azərbaycan millisinin oyunçusuna yaxınlaşaraq, onun sifətinə başla zərbə endirib. Baş hakim Fərid Hacıyev Haqverdini qeyri-idman hərəkətinə görə sarı, Rayseli isə təcavüzkar davranışı səbəbindən birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.

Daha əvvəl Fransa millisinin sabiq yarımmüdafiəçisi Zinəddin Zidan İtaliya ilə 2006-cı il dünya çempionatının final matçı zamanı rəqib müdafiəçi Marko Materatsiyə kəllə atıb. Bu, məşhur oyunçunun futbolçu karyerasında son qarşılaşması olub. Həmin vaxtdan "Zidansayağı kəllə" kimi məşhurlaşmış zərbədən indi onun həmyerlisi Azərbaycan çempionatında yararlanıb.

Qeyd edək ki, görüş "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

Son xəbərlər

Orphus sistemi