I Divizion: 12 komandanın iştirakı təsdiqləndi, "Qəbələ"də qeyri-müəyyənlik

I Divizion: 12 komandanın iştirakı təsdiqləndi, "Qəbələ"də qeyri-müəyyənlik Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümü üçün 12 komandanın iştirakı təsdiqlənib.
Futbol
29 İyun , 2021 13:17
I Divizion: 12 komandanın iştirakı təsdiqləndi, Qəbələdə qeyri-müəyyənlik

Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümü üçün 12 komandanın iştirakı təsdiqlənib.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

O, bildirib ki, "Zaqatala", "Turan Tovuz", "Kəpəz", MOİK, "Qaradağ Lökbatan", "Nefçi-2", "Qarabağ-2", "Keşlə2", "Sumqayıt-2", "Sabah-2", "Zirə-2" və "Səbail-2"nin yarışa qatılacağı bəllidir: "Bu o deməkdir ki, I Divizion ən azı 12 komandanın iştirakı ilə keçiriləcək. "Qəbələ" klubu bizdən əvəzedici komandalarının iştirak edib-etməyəcəyi ilə bağlı məktuba cavab üçün vaxt istəyib. Onların cavabından sonra I Divizionun nə vaxt başlayacağı, neçə dövrədən ibarət olacağı və digər detallar məlum olacaq".

"Qəbələ"nin baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında bu yöndə qeyri-müəyyənliyin olduğunu söyləyib: "Hazırda görünən odur ki, klub olaraq buna hazırlaşmırıq. Əvəzedici komandanın növbəti mövsüm olması yönündə hansısa hazırlıq görmürük. Bununla bağlı bir az qeyri-müəyyənlik var".

Qeyd edək ki, 2020/2021 mövsümündə I Divizionda 10 komanda iştirak edib. "Neftçi-2" 27 turdan sonra 64 xalla qızıl medallara sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi