"Araz-Naxçıvan" klubu iki futzalçısı ilə yollarını ayırıb.
Azərbaycan Futzal Federasiyasından "Report"a verilən məlumata görə, ölkə çempionu oyunçuları ilə müqaviləni yeniləməyib.
Bunlar braziliyalı Andreu Varqas və Viktor Poncedir.
Hər iki futzalçı ötən yay heyətə cəlb edilsə də, zədə üzündən mövsümün çox hissəsində komandaya kömək edə bilməyib.