Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlanıb

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlanıb Futbol üzrə Azərbaycan I, II və Region Liqasında pley-off oyunlarının vaxtı bəlli olub.
Futbol
20 May , 2024 17:22
Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan I, II və Region Liqasında pley-off oyunlarının vaxtı bəlli olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk oyunlar mayın 28-29-na təsadüf edəcək.

Cavab qarşılaşmaları isə iyunun 4-5-də oynanılacaq.

Qeyd edək ki, 2024/2025 mövsümündə I Liqaya vəsiqə uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş və II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçlarında üz-üzə gələcəklər. Bununla əlaqədar mayın 25-i saat 15:00-da AFFA-nın inzibati binasında iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək, pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaq.

I və II Liqa

İlk oyun: 28 may

Cavab oyunu: 04 iyun

II Liqa və Region Riqası

İlk oyun: 29 may

Cavab oyunu: 05 iyun

Son xəbərlər

Orphus sistemi