Azərbaycan çempionatları tarixində 14000-ci qol vurulub

Azərbaycan çempionatları tarixində 14000-ci qol vurulub Azərbaycan çempionatları tarixində 14000-ci qol vurulub.
Futbol
16 Sentyabr , 2024 10:58
Azərbaycan çempionatları tarixində 14000-ci qol vurulub

Azərbaycan çempionatları tarixində 14000-ci qol vurulub.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” görüşünə (2:2) təsadüf edib.

Matçdakı ikinci qol ölkə çempionatlarının 32 illik tarixinə 14000-ci kimi düşüb. Bu topun müəllifi qonaqların futbolçusu Roderik Miller olub.

Yubiley qolu 33 mövsüm ərzində baş tutan 5762-ci oyuna təsadüf edib. Bu qarşılaşmalardan 278-i texniki nəticə ilə yekunlaşıb. 14002 qol 5484 matçda vurulub.

Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.

Son xəbərlər

Orphus sistemi