Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Futbol
  • 04 noyabr, 2022
  • 04:56
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

UEFA Avropa Liqasında qrup mərhələsinin VI tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

"Report"un məlumatına görə, bu ada İspaniya "Betis"indən Aitor Ruibal, Fransa "Monako"sundan Kevin Vollan, Danimarka "Midtüllan"ından Anders Dreyer və İtaliya "Roma"sından Lorentso Pelleqrini iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.