"Qarabağ"ın Avropa Liqasındakı rəqibi ilk qələbəsini qazanıb
Futbol
- 28 avqust, 2022
- 13:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də IV turun oyununa çıxıb.
"Report"un məlumatına görə, rəqib "Tuluza" klubu olub. "Bojuar" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Hesabı 15-ci dəqiqədə Zakariya Abuhlyal açsa da, Evann Gessand 50-ci, Mustafa Məhəmməd 55-ci və Moyzes Simon 61-ci dəqiqədə fərqlənərək, "Nant"ın çempionatda ilk qalibiyyətini təmin edib.
Bununla da Antuan Kambuarenin baş məşqçi olduğu kollektiv xalını 5-ə yüksəldib və 10-cu pillədə qərarlaşıb. Eyni xala malik "Tuluza" isə 9-cudur.
Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.
Son xəbərlər
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region
22:48
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
22:47
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib
Futbol
22:39
Foto
"Afyon qətliamı"nı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb – Yenilənib
Region
22:28
"Bloomberg": Qətər ABŞ-dən mayeləşdirilmiş təbii qaz alışını artırmağı planlaşdırır
Digər ölkələr
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol