AVRO-2024: Rumıniya Ukraynanı məğlub edib - YENİLƏNİB - 5

AVRO-2024: Rumıniya Ukraynanı məğlub edib - YENİLƏNİB - 5 Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.
Futbol
17 İyun , 2024 18:52
AVRO-2024: Rumıniya Ukraynanı məğlub edib - YENİLƏNİB - 5

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub.

"Report"un məlumatına görə, E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.

Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib - 3:0.

26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə isə Denis Draquş fərqləniblər.

E qrupunun Belçika - Slovakiya görüşü bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

18:18

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda növbəti qollar vurulub.

"Report"un məlumatına görə, Rumıniya seçməsi daha iki dəfə rəqibini məyus edib.

53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə Denis Draquş fərqlənib.

Hazırda hesab 3:0-dır.

18:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda ikinci hissə start götürüb.

"Report"un məlumatına görə, Rumıniya seçməsi hazırda hesabda öndədir - 1:0.

Nikolae Stanku 26-cı dəqiqədə fərqlənib.

17:48

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Rumıniya seçməsi hazırda hesabda öndədir - 1:0.

Nikolae Stanku 26-cı dəqiqədə fərqlənib.

17:32

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Rumıniya - Ukrayna oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Rumıniya yığmasının heyətində Nikolae Stanku 26-cı dəqiqədə adını tabloya yazdırıb.

17:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə start verilib.

"Report"un məlumatına görə, I turun Rumıniya - Ukrayna oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Görüşü İsveçdən olan Qlenn Nuberq idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi