AVRO-2024-ün seçmə mərhələsinin I turunda növbəti oyunlar keçirilib.
“Report”un məlumatına görə, B, E, F və G qruplarında ilk matçlar baş tutub.
F qrupunda yer alan Azərbaycan millisi səfərdə Avstriya yığmasına uduzub - 1:4. Digər qarşılaşmada Belçika səfərdə İsveçdən güclü olub - 3:0.
Son dünya çempionatının finalçısı Fransa millisi isə Niderlandı 4 cavabsız qolla üstələyib.
Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə Bolqarıstan evdə Monteneqroya yenilib - 0:1
AVRO-2024, seçmə mərhələ
I tur
24 mart
B qrupu
Cəbəllütariq – Yunanıstan - 0:3
Qol: Giorgos Masouras, 11. Emmanouil Siopis, 45. Anastasios Bakasetas, 58
Fransa - Niderland - 4:0
Qollar: Antuan Qrizman, 2. Dayot Upamekano, 8. Kilian Mbappe, 21. 88
Xal durumu: Fransa - 3, Yunanıstan - 3. İrlandiya - 0, Cəbəllütariq - 0, Niderland - 0
E qrupu
Moldova – Farer adaları - 1:1
Qol: İon Nikolaesku, 87 (p) - Mads Boe Mikkelsen, 27
Çexiya - Polşa - 3:1
Qollar: Ladiskav Kreyçi, 1. Tomaş Kvakara, 3. Yan Kuçta, 64 - Damian Şumanski, 87
Xal durumu: Çexiya - 3, Farer adaları - 1, Moldova - 1, Albaniya - 0, Polşa - 0
F qrupu
Avstriya – Azərbaycan - 4:1
Qollar: Marsel Sabitzer, 28. 50. Mixael Qreqoritş, 29. Kristof Baumqartner, 69 - Emin Mahmudov, 64
İsveç - Belçika - 0:3
Qol: Romelu Lukaku, 35. 49. 82
Xal durumu: Avstriya - 3, Belçika - 3, Estoniya - 0, İsveç - 0, Azərbaycan - 0
G qrupu
Bolqarıstan - Monteneqro - 0:1
Qol: Nikola Krstoviç, 70
Serbiya - Litva - 2:0
Qol: Duşan Tadiç, 16. Duşan Vlahoviç, 53
Xal durumu: Serbiya - 3, Monteneqro - 3, Macarıstan - 0, Bolqarıstan - 0, Litva - 0