"Atletiko"nun müdafiəçisi 8 ay oynamayacaq
Futbol
- 01 mart, 2023
- 09:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Atletiko" (Madrid) klubunun futbolçusu Reynildu Mandava 8 ay yaşıl meydanlardan kənarda qalacaq.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, buna 29 yaşlı müdafiəçinin "Real Madrid"lə 1:1 hesablı heç-heçə etdikləri La Liqanın XXIII tur matçında zədələnməsi səbəb olub.
Müayinədən sonra oyunçunun sağ dizindən ciddi xəsarət aldığı müəyyən edilib. Fevralın 26-da əməliyyat olunan futbolçu həkimlərin rəyinə əsasən, 7-8 ay sonra zədəsini bərpa edəcək.
Qeyd edək ki, Reynildu Mandava 2022-ci ilin əvvəlində Fransa "Lill"indən Madrid təmsilçisinə keçib. Onun klubla sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub. Mozambikli müdafiəçi cari mövsüm La Liqada 22 qarşılaşmada meydanda olub.
Son xəbərlər
05:05
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
Digər ölkələr
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr