"Araz-Naxçıvan" - "Sabah" oyunu yenidən keçiriləcək

Futbol
  • 28 dekabr, 2023
  • 08:57
Araz-Naxçıvan - Sabah oyunu yenidən keçiriləcək

AFFA Gənclər Liqasında "Araz-Naxçıvan" - "Sabah" oyunu yenidən keçiriləcək.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, matçın 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün matç dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edilib.

Qarşılaşma dayandırıldığı vaxtdan (hesab saxlanılmaqla) yenidən təşkil ediləcək.