“Araz-Naxçıvan” rəsmisi: “Naxçıvan stadionu ilin sonuna qədər hazır ola bilər”

“Araz-Naxçıvan” rəsmisi: “Naxçıvan stadionu ilin sonuna qədər hazır ola bilər” “Naxçıvan stadionu ilin sonuna qədər hazır ola bilər”.
Futbol
14 avqust 2023 09:07
“Araz-Naxçıvan” rəsmisi: “Naxçıvan stadionu ilin sonuna qədər hazır ola bilər”

“Naxçıvan stadionu ilin sonuna qədər hazır ola bilər”.

Bu barədə “Report”a “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusifov məlumat verib.

Klub rəsmisi bildirib ki, hazırda stadionla bağlı planlar dəqiqləşdirilir: “Yəqin ki, yaxın müddətdə təmir işlərinə start veriləcək. Hazırda layihələndirmə mərhələsidir. Bununla bağlı sənədləşmə, müqavilələrin bağlanılması prosesi aparılır. Tezliklə konkret açıqlama veriləcək”.

E.Yusifovun sözlərinə görə, yenidən Premyer Liqaya qayıdan komanda ev oyunlarını hələ bir müddət Bakıda keçirəcək: “Komandanın Naxçıvana nə vaxt köçəcəyi ilə bağlı konkret tarix demək çətindir. Çox güman ki, proses ilin sonuna qədər yekunlaşacaq. Bu, tez də ola bilər. İşlər başa çatan kimi Naxçıvana qayıdacağıq”.

Qeyd edək ki, 2023/2024 mövsümünün ilk iki turunda rəqiblərini “Dalğa Arena”da qəbul edən “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3 hesabı ilə məğlub olub, “Qəbələ” üzərində qələbə qazanıb - 2:0.

Son xəbərlər

Orphus sistemi