“Araz-Naxçıvan”ın Yunanıstana səfər planı məlum olub
Futbol
- 28 iyul, 2025
- 10:48
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində Yunanıstanın “Aris” klubunun qonağı olacaq “Araz-Naxçıvan”ın səfər planı müəyyənləşib.
Bu barədə “Report”a klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Naxçıvan təmsilçisi Yunanıstana iyulun 29-da yollanacaq. Bir gün sonra isə baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransı nəzərdə tutulub.
Klub rəsmisi “Araz-Naxçıvan”ı “Aris”lə oyunda dəstəkləmək üçün hələ ki, heç bir azarkeşin müraciət etmədiyini deyib.
Qeyd edək ki, "Aris" - "Araz-Naxçıvan" görüşü iyulun 31-də Salonikidəki "Klintis Vikelidis" stadionunda, Bakı vaxtı ilə 22:15-də start götürəcək. Naxçıvan təmsilçisi Bakıda baş tutan oyunda qələbə qazanıb - 2:1.
Son xəbərlər
21:37
ABŞ dünya bazarında Venesuela neftinin satışına başlayıb
Digər ölkələr21:36
Norveçli futbolçu "Beşiktaş"dan ayrılıb
Futbol21:14
Foto
ACF tərəfindən cari il ərzində ölkə üzrə 80 idman zalına ümumilikdə 6000-dək tatami təhvil verilib
Fərdi21:10
İranda polisə hücum nəticəsində iki nəfər ölüb, daha 30 insan yaralanıb
Region21:08
Moskva ABŞ-ni "Marinera" gəmisindəki rusiyalıların qaytarılmasını təmin etməyə çağırıb
Region20:48
"Atletiko" və "Qalatasaray"da çıxış etmiş məşhur hücumçunun yeni komandası bəlli olub
Futbol20:48
Suriya Hələb hava limanından uçuşların dayandırılmasını uzadıb
Digər ölkələr20:38
Bakı metrosunda qatar yoluna düşən sərnişin ölüb - YENİLƏNİB
Hadisə20:25