“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi: “Sumqayıt” və “Neftçi” daha şanslıdır

“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi: “Sumqayıt” və “Neftçi” daha şanslıdır Son dömələrdəki oyunları “Neftçi”nin nisbətən yüksəlişdə olduğunu göstərir. Daha çox “Sumqayıt” və “Neftçi” şanslıdır.
Futbol
24 May , 2024 15:41
“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi: “Sumqayıt” və “Neftçi” daha şanslıdır

Son döməmlərdəki oyunları “Neftçi”nin nisbətən yüksəlişdə olduğunu göstərir. “Sumqayıt” və “Neftçi” daha şanslıdır.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunda keçiriləcək görüşləri təhlil edib. O, xüsusən də ikinci və üçüncü yerlər uğrunda gedən mübarizə ilə bağlı proqnoz verib: “İlk “4-lüy”ə düşmək baxımından ən pis situasiya “Sabah”dadır. Səfərdə “Neftçi”yə qarşı oynayacaqlar. Komanda qeyri-sabitlik üzündən avrokuboklara vəsiqə qazanmaya bilər. “Zirə” evdə qələbə qazansa, “Neftçi”yə heç-heçə də bəs edir. Rəşad Sadıqovun bu fürsəti əldən buraxacağına inanmıram. Həmçinin “Sumqayıt”ın “Qəbələ” ilə görüşdə xal itirəcəyini də gözləmirəm. “Sumqayıt” və “Zirə” qalib gəlsə, “Sabah” avrokuboklardan uzaq qala bilər”.

Qeyd edək ki, “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə çempionluğu bir neçə tur əvvəl təmin edib. “Neftçi” ikinci (56 xal), “Zirə” (55 xal) isə üçüncü pillədə yer alıb. “Zirə” ilə eyni xalı olan “Sabah” 4-cü, “Sumqayıt” (54 xal) isə 5-ci yerdədir.

Sonuncu turda “Zirə” doğma meydanda “Səbail”lə, “Sumqayıt” “Qəbələ” ilə, "Neftçi" isə “Sabah”la qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi