"Araz-Naxçıvan"ın futbolçusu: "Sevinirəm ki, 300 matçda meydana çıxmaq mənə nəsib oldu"

"Araz-Naxçıvan"ın futbolçusu: "Sevinirəm ki, 300 matçda meydana çıxmaq mənə nəsib oldu" Sevinirəm ki, 300 matçda meydana çıxmaq mənə nəsib oldu.
Futbol
16 Dekabr , 2024 17:39
Araz-Naxçıvanın futbolçusu: Sevinirəm ki, 300 matçda meydana çıxmaq mənə nəsib oldu
Slavik Alxasov

Sevinirəm ki, 300 matçda meydana çıxmaq mənə nəsib oldu.

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Slavik Alxasov deyib.

Müdafiəçi Azərbaycan çempionatlarında ümumilikdə 300-cü oyununu keçirməsi ilə bağlı danışıb:

"Azərbaycan çempionatlarında 300-cü oyuna çatmaq mənim üçün xoşbəxtlikdir. Nə qədər gücüm var, oynamaq istəyirəm. Sevinirəm ki, 300 matçda meydana çıxmaq mənə nəsib oldu".

31 yaşlı oyunçu karyerasında unuda bilmədiyi oyunların çox olduğunu bildirib:

"Mənim üçün ən yaddaqalan qarşılaşma "Keşlə"də (indiki "Şamaxı") çıxış edərkən Azərbaycan Kubokunun finalında "Qəbələ"yə qarşı görüş olub. Çünki "Qəbələ"ni ən güclü vaxtında və öz stadionunda məğlub etmişdik. Həmin matç heç bir zaman yaddaşımdan silinməyəcək".

Qeyd edək ki, S.Alxasov Misli Premyer Liqasının XVI turunda keçirilən "Səbail"lə görüşdə tarixi göstəriciyə imza atıb. O, 300 oyunda 15 qol vurub.

Son xəbərlər

Orphus sistemi