"Araz-Naxçıvan"ın baş məşqçisi: Qrupda birinci yer uğrunda mübarizədə rəqibimiz “Uddevalla” olacaq

"Araz-Naxçıvan"ın baş məşqçisi: Qrupda birinci yer uğrunda mübarizədə rəqibimiz “Uddevalla” olacaq Qrupda birinci yer uğrundakı rəqibimiz “Uddevalla” olacaq.
Futbol
4 İyul , 2024 17:08
Araz-Naxçıvanın baş məşqçisi: Qrupda birinci yer uğrunda mübarizədə rəqibimiz “Uddevalla” olacaq

Qrupda birinci yer uğrunda mübarizədə rəqibimiz “Uddevalla” olacaq.

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

Mütəxəssis püşk nəticəsində üz-üzə gələcəkləri rəqiblər barədə tam məlumatları olmadığını söyləyib:

"Rəqib komandalarla bağlı məlumatlı deyilik. İsveç təmsilçisi “Uddevalla” ilə qarşılaşmaq bir o qədər ürəkaçan olmadı. Yol uzaq olduğu üçün səfər bizi yora bilər. Bundan başqa, düşünürəm ki, onların heyəti də zəif deyil. Qrupda birinci yer uğrunda rəqibimiz “Uddevalla” olacaq. “Sparta” (Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) barədə isə çox məlumatımız yoxdur".

Qeyd edək ki, "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki matçları avqustun 20-25-də baş tutacaq. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi