“Araz-Naxçıvan”ın baş məşqçisi: “İlk oyunlar hər zaman ağır olur”
Futbol
- 23 avqust, 2023
- 13:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“İlk oyunlar hər zaman ağır olur”.
“Report”un məlumatına görə, bunu UEFA Çempionlar Liqasında keçirdiyi ilk oyunda Türkiyə təmsilçisi “İstanbul Şişli”ni məğlub edən “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov deyib.
Gənc mütəxəssis 9:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ilk yarısında bir qədər əsəbilik hiss olunduğunu bildirib: “Bu da başadüşüləndir, komanda mövsümdə ilk rəsmi oyununu keçirirdi. Fasilədən sonra isə daha yaxşı oynadıq ki, bu da hesabda əksini tapdı, böyükhesablı qələbə qazandıq. Bu münasibətlə komandamı təbrik edirəm. Artıq sabahkı matçı fikirləşməliyik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda ikinci oyununu avqustun 24-də “Yan Reqensburq”a (Almaniya) qarşı keçirəcək.
Son xəbərlər
19:05
Azərbaycanın sağlamlıq turizmi "Kurort" QSC tərəfindən Özbəkistanda təbliğ edilib
Turizm
19:02
Azərbaycan Yunanıstana təbii qaz ixracını 18 %-dən çox artırıb
Energetika
18:59
Rusiya İrandan Rəşt-Astara dəmir yolu üçün torpağın satın alınmasının təsdiqini gözləyir
Region
18:52
Video
BTQ: Parisdə polis bir kanakı amansızcasına döyüb
Xarici siyasət
18:43
Foto
TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib
Xarici siyasət
18:40
Foto
"Borussiya" Bakı Olimpiya Stadionunda "Sabah"la oyunöncəsi son məşqinə çıxıb
Futbol
18:38
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Digər ölkələr
18:30
Bolqarıstan 2027-ci ilin yazında nəqliyyat bağlantısı üzrə sammit keçirməyi təklif edir
İnfrastruktur
18:21
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 5 %-dən çox artırıb
Biznes