“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib

“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” ilkin heyəti UEFA-ya göndərib.
Futbol
20 oktyabr 2022 06:41
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün ilkin heyəti UEFA-ya göndərib

Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” ilkin heyəti UEFA-ya göndərib.

Azərbaycan Futzal Federasiyasından “Report”a verilən məlumata görə, 19 nəfərlik heyətdə 3 qapıçı yer alıb.

Cəzalı olduğuna görə bu mərhələdə iştirak etməyəcək Felipinyonun adı da iştirak ərizəsinə daxil edilib. Komanda elit-raunda yüksələcəyi təqdirdə futzalçı komandasına sonuncu görüşdə kömək edə biləcək.

Qapıçılar: 12. Mikael Deon, 1. Emin Kürdov, 19. Cavad Məmmədov

Oyunçular: 2. Kənan Manafov, 3. Nurlan Mehdizadə, 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 9. Oktay Rüstəmli, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 16. Murad Quluzadə, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”, 22. Felipinyo

Son xəbərlər

Orphus sistemi