Andres İnyestanın yeni klubu bəlli olub
Futbol
- 07 avqust, 2023
- 17:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya millisinin sabiq futbolçusu Andres İnyestanın yeni klubu bəlli olub.
"Report" xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 39 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" komandasına keçib.
Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, ölkəsinin "Barselona" klubunun yetirməsi olan Andres İnyesta son olaraq Yaponiyanın "Vissel Kobe" kollektivində çıxış edib. Yarımmüdafiəçi bu komandada 133 oyun keçirib, 26 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
05:08
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə işlərin davam etdirildiyini deyib
Digər ölkələr
04:53
Tramp İranın ABŞ ilə saziş bağlamağa hazır olduğuna şübhə etdiyini bildirib
Digər ölkələr
04:51
Aİ liderləri 2028-2034-cü illər üçün uzunmüddətli büdcə üzrə razılaşma əldə etməyiblər
Digər ölkələr
04:14
Koşta: 24 Aİ ölkəsi 2027-ci il üçün Ukraynaya əlavə kreditin ayrılmasını dəstəkləyib
Digər ölkələr
03:39
Türkiyə Monteneqro vətəndaşları üçün viza tələbini bərpa edib
Region
03:22
Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət
03:11
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
Digər ölkələr
02:42
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
Digər ölkələr
02:28
Gürcüstanda keçirilən "Beşiktaş" – "Hapoel" matçında baş verən qarşıdurmada 16 nəfər saxlanılıb
Region