Amerika Kuboku: Bütün yarımfinalçılar məlum oldu

Amerika Kuboku: Bütün yarımfinalçılar məlum oldu Futbol üzrə Amerika Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Futbol
1543
4 İyul , 2021 09:17
Amerika Kuboku: Bütün yarımfinalçılar məlum oldu

Futbol üzrə Amerika Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

"Report" xəbər verir ki, finala gedən yolda Braziliya Perunu, Argentina Kolumbiyanı sınağa çəkəcək. Oyunlar 6-7 iyulda keçiriləcək.

Qeyd edək ki, bu gecə keçirilmiş 1/4 final matçlarında Kolumbiya yığması Uruqvayı əsas və əlavə vaxtı qolsuz bitən matçda penaltilər seriyasında üstələyib - 4:2. Argentina Ekvadoru Rodriqo De Paulun 40-cı, Lautaro Martinesin 84-cü və Lionel Messinin 90+3-cü dəqiqədə vurduğu qollarla mübarizədən kənarlaşdırıb.

Daha əvvəl Braziliya Çilini 1:0, Peru isə Paraqvayı əsas vaxtı 3:3 hesabı ilə yekunlaşmış qarşılaşmada penaltilərlə yenib - 4:3.

Son xəbərlər

Orphus sistemi