Almaniya klubunun futbolçusunda xərçəng xəstəliyi aşkarlanıb
Futbol
- 19 may, 2016
- 09:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 may. REPORT.AZ/ Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Marko Russa xərçəng diaqnozu qoyulub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, xəstəlik "Ayntraxt"ın Almaniya Futbol İttifaqının Antidopinq Komissiyasına dopinq şübhəsi ilə bağlı müraciətindən sonra aşkarlanıb.
31 yaşlı müdafiəçinin qanında hormon tərkibinin artımı müşahidə olunub. Sonradan məlum olub ki, bunun səbəbi idmançının orqanizminin ağır xəstəlikdən müdafiəsidir.
Faciəvi diaqnoza rəğmən, Russ bu axşam "Nürnberq"lə Bundesliqada qalmaq uğrunda oyunda çıxış etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, "Ayntraxt"ın qapıçılarından biri Azərbaycan milli komandasının üzvü Emil Balayevdir.
Son xəbərlər
06:15
Diabetə uğurlu nəzarətin gözlənilməz amili müəyyən edilib
Sağlamlıq05:48
Estoniyanın Narva şəhərində istilik tariflərinin kəskin artması narazılıq yaradıb
Digər ölkələr05:16
Şimali Koreya iki ballistik raket buraxıb
Digər ölkələr04:57
"Axios" Uitkoff və Kuşnerin Rusiyaya səfərinin təxirə salınmasının səbəbini açıqlayıb
Digər ölkələr04:16
Hörmüz boğazında 750 min barel neft daşıyan tanker minaya düşüb
Region03:50
Tramp: Ağ Evin yeni mətbuat katibi ilk brifinqini oktyabrın 13-də keçirəcək
Digər ölkələr03:15
Kanada ABŞ-yə neft və dizel yanacağının ixracını artırmağı planlaşdırır
Digər ölkələr02:58
İndoneziyada 5,8 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr02:17