Almaniya klubu Belçika millisinin futbolçusu ilə müqavilə imzalayıb

Futbol
  • 17 iyul, 2025
  • 16:58
Almaniya klubu Belçika millisinin futbolçusu ilə müqavilə imzalayıb

Almaniyanın "Leyptsiq" klubu Niderland təmsilçisi PSV-nin və Belçika millisinin futbolçusu Yohan Bakayoko ilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Transfermarkt" belçikalı hücumçunun 18 milyon avroya başa gəldiyini bildirib. O, 2024/2025 mövsümündə meydana çıxdığı 46 matçda 12 qol və 3 məhsuldar ötürmə müəllifi olub.